Ölkə 15:47 18.09.2020

Tofiq Yaqublu məhkəmədə iştirak edəcək? (AÇIQLAMA)

Tofiq Yaqublu barəsindəki hökmdən verilən şikayətlə bağlı bu gün Bakı Apelyasiya Məhkəməsində keçiriləcək prosesdə iştirak etməyəcək.

Bu barədə Qaynarinfo-ya professor Adil Qeybulla məlumat verib.

Qeyd edək ki, bu gün saat 16:00-da Tofiq Yaqublunun barəsindəki hökmdən verilən şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılacaq.

Xatırladaq ki, Tofiq Yaqublu bu il martın 22-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Sentyabrın 1-də Nizami Rayon məhkəməsində Tofiq Yaqublunun məhkəmə prosesi keçirilib. Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək Tofiq Yaqublunun 4 il 6 ay müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum edilməsini istəyib. 
Qərara etiraz edərək 13 gündür aclıq aksiyası keçirən Tofiq Yaqublu sentyabrın 12-də "Baku City Hospital"a köçürülüb.

Bahar Rüstəmli