Tofiq Yaqublu Müsavatın başqanlığına namizəd oldu

Tofiq Yaqublu Müsavatın başqanlığına namizəd oldu

Tofiq Yaqublu Müsavat Partiyasının sədrliyinə namizəd olub.

Qaynarinfo xəbər verir ki, bu barədə Yaqublunun özü şəxsi feysbuk hesabında yazıb.

"Müsavat Partiyasının Divanı növbəti qurultayımızın 12 oktyabr 2019-cu il tarixində keçirilməsi haqqında qərar qəbul etdi. Əminəm ki, Müsavat Partiyası bu dəfə də cəmiyyətimizə növbəti demokratiya örnəyi verəcək. Son günlər bir xeyli götür-qoy etdikdən sonra, nəhayət partiya başqanlığına namizədliyimi irəli sürməyə qərar verdim. Uğurlar, Müsavat!", - deyə, o, qeyd edib.
XƏBƏRLƏR
BLOGLAR