Xəbər lenti

Tofiq Yaqubludan Siyavuş Novruzova CAVAB
Siyasət 17:04 20.06.2013

Tofiq Yaqubludan Siyavuş Novruzova CAVAB

Siyasi məhbus Müsavat Partiyasının başqan müavini, Tofiq Yaqublunun vəkili Akif Əlizadə növbəti dəfə onunla görüşüb.

Saxlanma şəraiti və müdafiə işinin təşkili ilə bağlı fikir mübadiləsindən sonra ölkədəki ictimai-siyasi vəziyyət haqqında da söhbət ediblər. Bu haqda musavat.com-a məlumat verən vəkil bildirib ki, T.Yaqublu mövcud iqtidar nümayəndələrinin Elçibəy hakimiyyətini xəyanətkar və anti-milli adlandırmasına təəssüflənib. O, deyib ki, kommunistlər də 1918-20-ci illərdə mövcud olmuş milli hakimiyyəti məhz belə adlandırırdılar: “Sovet hakimiyyətinin süqutundan sonra xalq bildi ki, əsl xəyanətkarlar və anti-milli qüvvə kommunistlərin özləri imiş. Bu dəfə də belə olacaq”.

Akif Əlizadənin dediyinə görə, Tofiq bəy YAP-çı deputat Səyavuş Novruzovun Milli Məclisdə İlqar Məmmədovla onu dələduz adlandırmasına da münasibət bildirib: “Səyavuş Novruzovu belə sözlər deməsindən nə inciyirəm, nə də narahat oluram. Çünki cəmiyyətdə onun necə qəbul edildiyi məlumdur. Odur ki, artıq camaat onun 180 dərəcə əks mənada qəbul etməyə vərdiş edib. Fikir verin, İsa Qəmbərin  maşınını Lənkərana buraxmırlar, cəbhəçilərə rayonlarda müşavirə keçirməyə imkan vermirlər “EL” hərəkatını ofisindən qovurlar, İsgəndər Həmidovun başına tapança dirəyib polisə aparıb hədələyirlər, tanınmış vəkil Aslan İsmayılovu BMCMİ-ə çağırıb döyüb, təhqir edirlər, Rəhim Qazıyevi gündüzün günorta çağı başına torba keçirib oğurlayırlar və bunun kimi baş verdiyi heç kimdə zərrə qədər şübhə doğurmayan saysız-hesabsız hadisələr haqqında Siyavuş Novruzov bir qayda olaraq “belə şey olmayıb” deyir. Əmin edirəm ki, bir azdan bu “mister, belə şey olmayıb” 180 dərəcə fərqli mövqedən danışacaq və onda ona vaxtilə başqa cür danışdığını xatırladanda yenə də “belə şey olmayıb” deyəcək. Neyləmək olar, bu adam da belə xəstədir. Ancaq o, mütləq müalicə olunacaq”.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->