Xəbər lenti

Tokio 2020: Azərbaycan boksçusu bürünc medalla kifayətləndi
İdman 14:23 01.08.2021

Tokio 2020: Azərbaycan boksçusu bürünc medalla kifayətləndi

Boksçumuz Alfonso Dominges (81 kq) Tokio 2020-də yarımfinal görüşünü keçirib.

Qaynarinfo xəbər verir ki, 26 yaşlı Kuba əsilli təmsilçimiz həmyerlisi, Rio 2016-nın qalibi Arlen Lopes ilə üz-üzə gəlib.

Boksçumuz ilk raundda üstün olsa da, bunu sonadək qoruya bilməyib. Kuba təmsilçisi yekunda 5:0 hesabı ilə qalib gələrək finala adlayıb.

Dominqes isə Olimpiya Oyunlarını bürünc medalla başa vurub.

Qeyd edək ki, Azərbaycan Tokio 2020-yə 5 boksçu(hamısı kişi) ilə qatılıb. Digər dəri əlcək ustalarımızdan Tayfur Əliyev (57 kq) və Lorenso Sotomayor (69 kq) ilk, Cavid Çələbiyevlə (63 kq) Məhəmməd Abdullayev (+91 kq) ikinci görüşdə uduzaraq Olimpiada ilə əliboş vidalaşıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->