Xəbər lenti

Tokio-2020: Fransanı təmsil edən azərbaycanlı idmançı diskvalifikasiya olundu
İdman 10:21 01.08.2021

Tokio-2020: Fransanı təmsil edən azərbaycanlı idmançı diskvalifikasiya olundu

Fransanı təmsil edən Azərbaycan əsilli boksçu Murad Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında diskvalifikasiya edilib.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, 91 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda hakimlərin qərarına əsasən Böyük Britaniya təmsilçisi Freyzer Klarka uduzub.

İlk raundda referilərdən 3-ü Əliyevin, 2-si isə Klarkın üstün olduğunu bildirib. İkinci hissədə Klarkın qaşı açılıb. Baş hakim hər iki boksçunu mərkəzə çağırıb və Əliyevin rəqibinə başı ilə xəsarət yetirdiyini söyləyib.

Boksçu isə buna kəskin şəkildə etiraz edib və dişliyi yerə çırpıb. Əliyev hətta sonda kameranı da itələyib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->