Xəbər lenti

Tokio olimpiadası bu tarixlərdə keçirilə bilər
İdman 14:31 26.03.2020

Tokio olimpiadası bu tarixlərdə keçirilə bilər

Koronavirus pandemiyasına görə təxirə salınmış Tokio-2020 Yay Olimpiya Oyunları 2021-ci ilin iyul-avqust aylarında keçirilə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) Koordinasiya Komissiyasının rəhbəri Con Kouts açıqlama verib. 

Onun sözlərinə görə, hazırda həmin tarixlərdə "pəncərə"nin yaradılması istiqamətində beynəlxalq idman federasiyaları ilə danışıqlar aparılır. Con Kouts bildirib ki, olimpiada tennis üzrə iyulun ortalarında başa çatacaq Uimbldon və avqustun sonlarında başlanacaq US Open arasındakı dövrdə təşkil olunmalıdı. O, əlavə edib ki, cədvəl su idman növləri (16 iyul - 1 avqust) və atletika üzrə dünya çempionatı (6 - 15 avqust) ilə toqquşmadan qaça bilib-bilmələrindən asılı olacaq. Daha öncə hər iki növ üzrə beynəlxalq federasiyalar çempionat vaxtını dəyişməyə hazır olduqlarını bildiriblər.  


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->