Xəbər lenti

Tokio Olimpiadası tamaşaçısız keçə bilər
Dünya 10:25 21.06.2021

Tokio Olimpiadası tamaşaçısız keçə bilər

Tokio Olimpiadasının təşkilatçıları fövqəladə şəraitdə tamaşaçıların Oyunlar zamanı stadionlara girməsinə icazə verməyə bilərlər. Qaynarinfo xəbər verir ki, bunu Yaponiya hökumətinin başçısı Yoşihide Suqa deyib. Onun sözlərinə görə, bu, koronavirusla mübarizə ilə əlaqədardır.

Xatırladaq ki, Yaponiyada COVID-19 fonunda olimpiadaların aktuallığına dair mübahisələr səngimir. Müxalifət ya turniri tamamilə ləğv etməyi, ya da növbəti ilə təxirə salmağı tələb edir. Eyni zamanda, 2020-ci ildə olimpiadalar artıq təxirə salınıb.

Buna baxmayaraq, səlahiyyətlilər olimpiadaların hələ də baş tutacağını israr edirlər. Düzdür, tamaşaçılar arasında yalnız yaponların olma ehtimalı da var.
 
Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->