Xəbər lenti

“Total” Azərbaycanda həyata keçirilən layihələrini davam etdirəcək (FOTOLAR)
Foto 18:47 08.04.2020

“Total” Azərbaycanda həyata keçirilən layihələrini davam etdirəcək (FOTOLAR)

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev "Total Azərbaycan” şirkətinin baş meneceri Regis Aqutu qəbul edib.

Qaynarinfo SOCAR-a istinadən xəbər verir ki, görüşdə qlobal pandemiya dövründə uğurlu "Abşeron” layihəsi çərçivəsində əməkdaşlığın hazırkı effektivlik səviyyəsində davamlı olması üçün həyata keçirilən tədbirlər barədə, eləcə də hasilatın başlanması və növbəti inkişaf mərhələsi üzrə şirkətin planları ilə bağlı SOCAR prezidentinə məlumat verilib.

Eyni zamanda "Total” şirkətinin Azərbaycanda həyata keçirilən layihələrə sadiq qaldığı vurğulanıb. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, qlobal enerji bazarında baş verən proseslər müzakirə olunub.

Sonda "Total Azərbaycan” şirkətinin baş meneceri Regis Aqut "Total” şirkətinin kəşfiyyat və hasilat üzrə vitse-prezidenti Arno Bruyakın (Arnaud Breuilliac) məktubunu SOCAR-ın prezidenti Rövnəq Abdullayevə təqdim edib.

Qeyd edək ki, "Total” şirkəti Azərbaycanda SOCAR ilə birlikdə "Abşeron” yatağının işlənməsi layihəsində iştirak edir. "Abşeron” yatağı Xəzər dənizinin Azəraycan sektorunda, Bakıdan cənub-şərq istiqamətdə yerləşir. Yatağın işlənməsi SOCAR və "Total” şirkətlərinin birgə müəssisə olan JOCAP tərəfindən həyata keçirilir. Qazma işləri SOCAR-ın CDC şirkəti tərəfindən aparılıb. "Abşeron” yatağı Azərbaycanın ən böyük qaz-kondensat yataqlarından biri, eyni zamanda son 10 ildə "Total” şirkətinin ən böyük kəşfidir. Yatağın işlənilməsi Azərbaycanın təbii qaza artan daxili tələbatının təminatına və ixrac gəlirlərinin yüksəlməsinə mühüm töhfə verəcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->