Xəbər lenti

Tovuzda 2 tona yaxın çətənə kolu məhv edilib
Ölkə 21:27 09.08.2019

Tovuzda 2 tona yaxın çətənə kolu məhv edilib

Tovuz rayonunun Hunanlar kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar edilərək məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Tovuz RPŞ-nin əməkdaşları tərəfindən Hunanlar kəndi ərazisində 2,3 hektar sahədə yabanı halda bitmiş, çəkisi 2 tona yaxın 2385 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->