"Moody’s” Beynəlxalq Reytinq Agentliyi ABB-nin reytinqlərinə yenidən baxaraq bankın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini Stabil proqnozla Ba2-dən Ba1-ə yüksəldib. Bu, Moody’s-in indiyə qədər ABB-yə verdiyi ən yüksək reytinqdir.
Bankın əsas kredit qiymətləndirməsi reytinqi (BCA) ba3-dən ba2-yə, uzunmüddətli xarici və yerli valyutada qarşı tərəf risk reytinqi (CRRs) Ba1-dən Baa3-ə, qarşı tərəf risk qiymətləndirməsi reytinqi (CR Assessment) Ba1-dən Baa3-ə qədər artırılıb.
ABB-nin reytinqlərinin yüksəldilməsi bankın davamlı şəkildə artan mənfəətliliyi, aktivlərinin yüksək keyfiyyəti, güclü kapital mövqeyi, yüksək likvidliyi və s. bu kimi amillərlə bağlıdır.
Ətraflı
Agentliyin rəyinə görə, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılan addımlar ABB-nin aktivlərinin keyfiyyətini, gəlirliliyini dəstəkləyəcək.
ABB-nin uzunmüddətli depozit reytinqlərinə stabil proqnozunun verilməsi bankın növbəti 12-18 ay ərzində sağlam maliyyə əsaslarını qoruyacağına dair "Moody’s”in gözləntilərini əks etdirir. Agentlik bankın gəlirliliyinin son illərdə artdığını və növbəti 12-18 ay ərzində də güclü olacağını bildirir. ABB-nin kapital mövqeyinin onun əsas kredit gücü olaraq qaldığını vurğulayır.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən,
rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook” səhifəsindən əldə etmək olar.
Şərhlər