Toy yarımçıq dayandırıldı, qonaqlar cərimələndi (FOTO)

Toy yarımçıq dayandırıldı, qonaqlar cərimələndi (FOTO)

Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, keçirilən tədbirlər nəticəsində şəhərin Corat qəsəbəsində fərdi yaşayış evlərdən birinin həyətində təyin olunmuş qaydaları pozaraq normadan artıq sayda qonağın iştirakı ilə toy məclisi keçirildiyi müəyyən edilib. Belə ki, Corat qəsəbə sakini 1968-ci il təvəllüdlü Əliyev Vaqif Almas oğlu 100 nəfərlik toy məclisi təşkil edib və aparılan araşdırma zamanı məlum olub ki, V. Əliyev şənliklə bağlı məlumatları portalda qeyd etməyib. Toy məclisi polis əməkdaşları tərəfindən dayandırılıb və qonaqlar uzaqlaşdırılıb.

Aşkarlanan qayda pozuntusu ilə bağlı ev sahibi və qonaqlarla profilaktiki söhbətlər aparılıb və barələrində qanunamüvafiq tədbirlər görülüb.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən toy sahibi V. Əliyev və qonaqlar cərimələnib.
 

XƏBƏRLƏR
BLOGLAR
X