Türkiyədə 5 nəfərin ölümü, çox sayda insanın yaralanması ilə nəticələnən ağır yol nəqliyyat qəzası baş verib.
Anspress xəbər verir ki, hadisə, toya sərnişin aparan avtobusun yol əks istiqamətinə keçərək aşması nəticəsində meydana gəlib. İlkin ehtimala görə qəzaya səbəb kimi avtobusun əyləcinin sıradan çıxması, habelə nəqliyyat vasitəsinin böyük maşınlar üçün qadağan olunan yola girməsi göstərilir.
Qeyd edək ki, qəzada 5 nəfəri ağır olmaqla 25 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal yaxınlıqda olan xəstəxanalara çatdırılıblar.
Şərhlər