Texnologiya nəhəngi "Apple"ın baş icraçı direktoru Tim Kuk "Twitter" hesabında adının sonuna şirkətin loqosunu əlavə edib.
Qaynarinfo xəbər verir ki, Tim Kuk bu addımı ABŞ prezidenti Donald Tramp onu "Tim Apple" adlandırandan sonra atıb. "Apple" rəhbərini Ağ Evdə qəbul edən Tramp çıxışı zamanı "Ölkəmizə böyük investisiya yatırmısınız. Biz bunu yüksək qiymətləndiririk, Tim Apple", - deyə bildirmişdi.
Qeyd edək ki, Trampın bu səhvi sosial mediada gülüş və müzakirələrə səbəb olmuşdu.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər