ABŞ prezidenti Donald Tramp bir neçə il Suriya lideri Bəşər Əsədin qətlini təşkil etmək istədiyini söyləyib. Lakin sonradan təşəbbüsündən imtina etməyə qərar verib.
Qaynarinfo "Fox News”a istinadla xəbər verir ki, Amerika liderini 2017-ci ildə Pentaqonun rəhbəri Ceyms Mattis bu fikirdən çəkindirib.
Tramp Pentaqon şefini "həddən artıq şişirdilmiş bir general" adlandırıb, ancaq Əsədi öldürmədiyinə görə peşman olmadığını bildirib. Planlaşdırılan əməliyyatınsa müvəffəq olacağına dair zəmanətinin olmadığını açıqlayıb.
Bu arada, 2018-ci ildə Tramp Vaşinqtonun Suriya prezidentini aradan götürmək planları barədə mediada yayılan məlumatları təkzib edib.
Alpər
Şərhlər