Xəbər lenti

Dünya 17:45 24.11.2020

Tramp da qərar verdi, Putin yenə Baydeni təbrik etmir – Səbəb

Kremlin sözçüsü Dmitri Peskov Prezident Vladimir Putinin ABŞ seçkilərinin son nəticələrini gözlədiyi üçün ABŞ-ın seçilmiş lideri Cozef Baydenə rəsmi təbrik göndərmədiyini deyib. 

Qaynarinfo xəbər verir ki, sələfi Donald Trampın səlahiyyətlərin ötürülməsi proseduruna başlamaq qərarının siyasətçinin qələbəsini tanımaq üçün əsas olub-olmadığı sualına Peskov mənfi cavab verib.

"Bu azdır", - sözçü deyib və xatırladıb ki, bir çox əyalətdə səslərin sayılması davam edərkən və rəsmi seçki nəticələrinin yoxlanılması başa çatana qədər təbrik etmək olmaz.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->