Amerikalı aktrisa Rozan Barrın çıxış etdiyi "Roseanna" serialı "Twitter" hesabında yazdığı irqçi fikirlərə görə yayımdan çıxarılıb.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, aktrisa sabiq ABŞ prezident Barak Obamanın köməkçisi barədə "Valerie Carret Müsəlman Qardaşlar və Meymunlar Cəhənnəmi filminin övladıdır" fikrini səsləndirib. Daha sonra Rozan Barr Carreti meymuna bənzətməkdə, irqçilikdə ittiham edilib və onun bu fikirləri böyük etiraza səbəb olub. Aktrisa yazdığı tviti silərək üzr istəyib.
Qeyd edək ki, "Roseanna"nın yayımlandığı ABC kanalı açıqlama verərək Barrın bu mövqeyinin onların prinsipləri ilə üst-üstə düşmədiyini və serialın yayımının dayandırıldığını açıqlayıb.
Rozan Barr ABŞ prezidenti Donald Trampa verdiyi dəstəklə bilinir və onun daha əvvəl də irqçi mövqe nümayiş etdirdiyi vurğulanır.
Gülşən
Şərhlər