Dünya 10:20 14.01.2021

Tramp impiçment qərarından sonra video-müraciət yayımladı

Hələ də fəaliyyətdə olan ABŞ Prezidenti Donald Tramp Nümayəndələr Palatasının ona elan etdiyi impiçmenti şərh etmədən, bir daha zorakılığı pisləyərək əhalini barışığa çağırıb. 

"Son bir həftədə baş verən zorakılığı qınamaq istəyirəm... Kütlənin zorakılığı hərəkatımızın qarşısını alan və mənim inandığım hər şeyə ziddir", - 

Qaynarinfo xəbər verir ki, bunu ABŞ lideri video mesajında deyib.

O deyib ki, amerikalılar bütün diqqətlərini ölkənin maraqlarına yönəltməli və ani ehtiraslarını aşaraq birləşməlidirlər. Tramp çıxışında Twitter və Facebook hesablarının bloklanması məsələsindən də yan keçməyib. O, bu hərəkətləri söz azadlığına misilsiz hücum adlandırıb.

"Senzura cəhdləri, ləğv etmək və vətəndaşlarımızı qara siyahıya salmaq cəhdləri səhv və təhlükəlidir", - Tramp deyib.

Alpər