ABŞ prezidenti Donald Tramp Twitter mikrobloqlar şəbəkəsində Kaliforniya əyalətində güllələnən polis ölərsə təcavüzkarın ölüm cəzası ilə üzləşəcəyini deyib.
Qaynarinfo xəbər verir ki, Tramp mesajında belə bir hökmü "bu cür halların qarşısının alınmasının yeganə yolu” adlandırıb.
Qeyd edək ki, hadisə Los Anceles yaxınlığındakı Kompton şəhərində baş verib. Naməlum şəxs bir kişi və bir qadın olmaqla iki şerif müavininin olduğu patrul avtomobilinə atəş açıb. Hər iki polis məmuru çoxsaylı güllə yarası ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, atəş açan şəxs qaçıb. Polis onu tapmağa kömək edəcək məlumat üçün 100.000 dollar mükafat vəd edib.
Alpər
Şərhlər