ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen Inın Sinqapurda imzaladıqları sənədin tərkibi açıqlanıb.
Qaynarinfo Euronews-a istinadən xəbər verir ki, razılaşmanın mətni barədə mediaya məlumat verilməyib, lakin çəkilən fotolardan mətni müəyyənləşdirmək mümkün olub.
1. ABŞ və KXDR bu ölkələrin insanlarının istəyi ilə yeni ABŞ-KXDR əlaqələrini qurmaq niyyətindədir.
2. ABŞ və KXDR Koreya yarımadasında uzunmüddətli və sabit sülh şəraitinin yaradılması üçün çalışacaq.
3. 27 aprel 2017-ci ildə imzalanmış "Panmunjeom" razılaşmasının təsdiqi kimi KXDR Koreya yarımadasının nüvə silahlarından təmizlənməsinə davam edəcək.
4. ABŞ və KXDR Vyetnam müharibəsində itkin düşmüş amerikalıların axtarılması və müəyyən edilmiş şəxslərin ölkəsinə geri qaytarılması barədə razılıq əldə edir.
Gülşən
Şərhlər