ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin Asiya-Sakit Okeanı İqtisadi Əməkdaşlıq konfransında bir araya gəliblər.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Vyetnamın Dananq şəhərində görüşən iki liderin Suriya barədə ortaq açıqlama ilə çıxış etməsi gözlənilir.
Kremlin sözçüsü Dmitri Peskov bu barədə məlumat verib. Açıqlamada liderlərin İŞİD terror təşkilatı ilə mübarizənin davam etdirilməsi, təhlükəli proseslərin qarşısının alınması məqsədilə yeni qərarların qəbulu və Suriyanın müstəqilliyi, suverenliyi və torpaq bütövlüyü məsələsində razılığa gəldiyi bildirilir.
Gülşən
Qaynarinfo.Az
Şərhlər