Dünya 09:12 01.03.2021

Tramp yenidən prezidentliyə namizəd olacaq

ABŞ-ın keçmiş prezidenti Donald Tramp yenidən prezident yarışında iştirak edə biləcəyini istisna etməyib.

Report-un məlumatına görə, bu barədə keçmiş dövlət başçısı Orlando şəhərində mühafizəkarların qarşısında çıxış edərkən söyləyib.

"Demokratlar ara seçkilərdə sarsıdıcı şəkildə məğlub olacaqlar və dörd il içində Ağ Evi mütləq itirəcəklər. Artıq Ağ Evi itiriblər. Kim bilir, bəlkə qərar verəcəyəm ki onları üçüncü dəfə məğlub edib”-deyə, Tramp bildirib.

Donald Tramp həmçinin çıxışında yeni siyasi partiya yaratmayacağını bəyan edib.