Kimliyi gizli saxlanılan bir şəxsin ABŞ prezidenti Donald Trampın Ukrayna prezidenti Vladimir Zelenskidən keçmiş vitse-prezident Co Baydenin oğlu haqda araşdırma başlamasını tələb etməsilə bağlı verdiyi şikayətdən sonra ABŞ Nümayəndələr Palatası tərəfindən sentyabr ayında açılan sorğulama prosesi davam edir.
Qaynarinfo xəbər verir ki, araşdırma çərçivəsində Tramp dəfələrlə xəbər ötürən şəxsin kimliyinin açıqlanmasını tələb etsə də, vəkili bunun həmin adama zərər verə biləcəyini deyərək, adı açıqlamaqdan imtina edib.
Sentyabr ayından bəri davam edən və gələn həftə ictimaiyyətə açıq araşdırmaların başlayacağı impiçment prosesi çərçivəsində sosial media nəhəngi Yutub və Feysbuk da məlumat verən şəxsin kimliyinin platformalarında yer almayacağını açıqlayıb. "Vaşinqton Post” qəzetində verilən məlumata görə, sözügedən şirkətlər "zərər verici hərəkətlər” siyasəti çərçivəsində məlumat verən şəxsin kimliyi ilə əlaqəli yazı və fotoşəkillərin öz platformalarından yayılmasının qarşısını alacağını bildiriblər.
Alpər
Şərhlər