Xəbər lenti

Trampın arvadı FTB-ni ittiham etdi:
Dünya 19:35 15.09.2024

Trampın arvadı FTB-ni ittiham etdi: "Şəxsi həyatıma müdaxilə etdilər"

Ağ Evin keçmiş rəhbəri və ABŞ prezidentliyinə namizəd Donald Trampın həyat yoldaşı Melaniya FTB-nin Mar-a-Laqoda apardığı axtarışla onun şəxsi toxunulmazlıq hüququnu pozduğunu bildirib. 

Qaynarinfo xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsindəki səhifəsində yayımlanan bir dəqiqədən çox davam edən videoda bildirib.

Sözügedən hadisə 2022-ci ilin avqustunda Trampla bağlı aparılan araşdırmalardan biri çərçivəsində baş verib.

"Mən heç vaxt təsəvvür edə bilməzdim ki, şəxsi həyatıma Amerikadakı səlahiyyətlilər müdaxilə edəcək. FTB Floridadakı evimə gəldi və şəxsi əşyalarımı axtardı”, deyə Trampın həyat yoldaşı bildirib.

Melaniya əlavə edib ki, bu, təkcə onun problemi deyil, bütün amerikalılara xəbərdarlıqdır. Eks-prezidentin həyat yoldaşı vurğulayıb ki, bu hadisə Amerika vətəndaşlarının azadlıq və hüquqlarına hörmət edilməli olduğunu xatırladır.

Amerikada prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək. Ehtimal edilirdi ki, ABŞ-ın hazırkı prezidenti Co Bayden Demokratlar Partiyası tərəfindən namizəd göstəriləcək. Lakin iyulun 21-də o, yarışdan çıxdığını elan edib və vitse-prezident Kamala Harrisin namizədliyini dəstəkləyib. ABŞ-ın keçmiş prezidenti Donald Tramp Respublikaçılar Partiyasından seçkilərdə iştirak edir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->