Xəbər lenti

Ukraynada azərbaycanlı iş adamı müəmmalı şəkildə ölüb (FOTO)
Ölkə13:50 19.03.2026

Ukraynada azərbaycanlı iş adamı müəmmalı şəkildə ölüb (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynanın Xerson şəhərində biznes fəaliyyəti ilə məşğul olan azərbaycanlı iş adamı Elçin Rzayev müəmmalı şəkildə ölüb. 
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl baş verib. Məlumatda bildirilir ki, hazırda Elçin Rzayevin müəmmalı ölümü ilə bağlı araşdırmalar aparılır. 
Araşdırmalarımız zamanı məlum olub ki, Elçin Rzayevin tanınmış jurnalist Şəfayət Avılbəylinin qaynıdır. 
Şəfayət Avılbəyli əməkdaşımızla söhbətində Elçin Rzayevin ölümünü təsdiqləyib. O, əlavə edib ki, qaynının ölüm səbəbləri araşdırılır. "Ağıla hər ehtimal gəlir. Elçinin ölümü bizim üçün kifayət qədər müəmmalıdır. Ona görə də araşdırmalar aparılır", deyə jurnalist bildirib. 
Seyid