ABŞ prezidenti Donald Trampla mübahisə edən CNN jurnalisti Cim Akosta Ağ Evə buraxılmayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Akosta "Twitter" hesabında yazaraq Ağ Evə girişinə icazə verilməyəcəyini bildirib. Ağ Evin mətbuat katibi Sara Sanders isə Cim Akostanın akkreditasiyasının ləğv edildiyini açıqlayıb. Sanders bildirib ki, Donald Tramp söz azadlığına inanır və sərt sualları məmnunluqla qarşılayır, lakin jurnalist ondan mikrafonu almağa çalışan Ağ Ev əməkdaşına hörmətsizlik edib.
Qeyd edək ki, Tramp və Akosta ilə mətbuat konfransında mübahisə yaşanmış, prezidentin sərt etirazına baxmayaraq jurnalist mikrafonu verməkdən imtina etmiş və danışmağa davam etmişdi.
Gülşən
Şərhlər