Tünzalə:

Tünzalə: "Hər gün qadın-ana soyqırımı baş verir, günahları nədir?"

Əməkdar artist Tünzalə Ağayeva sosial şəbəkədə bir neçə gün əvvəl küçədə əri tərəfindən 20 bıçaq zərbəsi ilə öldürülən Leyla Abdullayeva adlı qadından bəhs edib. 

Qaynarinfo musavat.com-a istinadən xəbər verir ki, sənətçi qadına qarşı şiddəti qınayıb:

"Xocalı Soyqırımı dərdini daşımaq az deyil bizə? Hər gün qadın-ana soyqırımı baş verir. Belə "kişi"nin gücü erməni işğalçısına yox, qadına çatır. Nədir dünyaya gələn qızların günahı? 21-ci əsrdə hələ də ailələlərdəki "Qız nədi, oxumaq nədir, işləmək nədir" düşüncələr cəmiyyəti məhv etməkdədir. Bu gün baxın, çox sayda qadın-qızlarımız öz hüquqları haqda ya tamamən məlumatsızdılar, ya da qorxurlar ata, ailə, cəmiyyət qınağından. Yaşadıqları sadəcə budur. Hələ də həyatı, sağlamlığı, övladı təhlükə altında olan qadınlarımız var. Demək ki, bizi sosial layihələr, proqramlar, televiziya, mətbuat, sosial media daha çox maarifləndirməlidir. Dəyərli ziyalılar, maarifli insanlar, sənət insanları, media nümayəndələri, dostlar, gələcəyini düşünənlər - susmayaq. Növbəti faciəyə, cəhalətə imkan verməyək. #leylaucunsusma".
XƏBƏRLƏR
BLOGLAR