Xəbər lenti

Tural Abbaslının əmlakına həbs qoyuldu
Siyasət 00:46 23.02.2013

Tural Abbaslının əmlakına həbs qoyuldu

Bakı şəhərinin Nəsimi Rayon Məhkəməsi Müsavat Partiyasının Divan üzvü, partiyanın gənclər təşkilatının sədri Tural Abbaslıya məxsus əmlaka həbs qoyulması barədə qərar qəbul edib. 

Qaynar.info xəbər verir ki, bu barədə APA-ya vəkil İntiqam Əliyev məlumat verib.

İ. Əliyev bildirib ki, məhkəmə Nəsimi rayon məhkəmə qərarlarının icrası idarəsinin nümayəndələrinin  fevralın 12-də Tural Abbaslının evinə baxış keçirərkən qeydə alınan əşyaların üzərinə həbs qoyulması barədə qərar qəbul edib.  Vəkil məhkəmənin onların iştirakı olmadan keçirildiyini və həmin əmlakın T. Abbaslıya məxsus olmadığını da qeyd edib.

 Qeyd edək ki, T. Abbaslı yanvarın 12-də əsgər ölümlərinə etiraz olaraq gənclərin keçirdikləri aksiyada iştirak etdiyinə görə Nəsimi Rayon Məhkəməsi tərəfindən cərimələnib. Lakin həmin cərimə ödənmədiyindən onun yaşadığı evə baxış keçirilib və T. Abbaslıya məxsus olan əşyalar qeydə alınıb. Bundan sonra Nəsimi rayon məhkəmə qərarlarının icrası idarəsi T. Abbaslıya məxsus əmlaka həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət edib.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->