Kreditlərlə bağlı yaranmış problemlərin həlli nisbətən kiçik banklar üçün digərlərindən daha çox vacibdir. Bu vəziyyətlərdə ekspertlər məsləhət görürlər ki, girov ilə kreditlər verilməsin. Buna baxmayaraq aktivləri azalan, kreditlərin həcmi depozitlərindən çox olan və s. kimi göstəricilərə malik riskli banklar qızılla kreditlər verməyə davam edirlər.
Aktivlərinin həcmi azalan və kreditlərinin həcmi getdikcə kiçilən banklardan biri də"TuranBank”dır. Buna baxmayaraq, bank "Lombard kreditləri”ni müştərilərə təklif edir. "TuranBank" yüksək faizlə qızıl girovu vasitəsi təklif etdiyi kreditlər kifayət qədər daralan müştəri kateqoriyasını yenidən qazanmağa yönəlib. Çünki, bankın statistikası gəlir səviyyəsinin yalnız kreditlərdən olduğunu göstərir.
Digər tərəfdən isə "TuranBank" digər banklarla kredit bazarında rəqabət apara bilmir. Çünki təklif olunan kreditlərin faiz dərəcələri və kreditin müddəti "TuranBank”a sərf etmir. Digər banklar uzun müddətli kreditlər təklif edə bilir, çünki depozitlərin həcmi, gəlirlilik imkanlarının geniş olması onlara sərf edir. "TuranBank” qısa müddət ərzində yalnız girov vasitəsi ilə kredit təklif edə bilir. Bankın bu vəziyyəti müştərilərini qorxuya salıb. Elə bun görə də depozitlərin həcmi sürətlə azalır.
Bankın gəlirlərinin azalması problemli kreditlərin həcmi ilə əlaqədardır. Bu onun aktivlərində də müşahidə olunur. Ötən il bu vaxt "TuranBank”ın aktivləri 521,5 milyon manat təşkil edirdisə, bu il 28,8 milyon manat azalaraq 492,7 milyon manata düşüb. Əvvəlki illərlə müqayisədə bankın gəlirlərinin aşağı düşməsi aktivlərinin sürətlə azalmasına səbəb olub.
Bank kreditlərin həcmini də azaltmağa məcbur olub. Belə ki, ötən illə müqayisədə təxminən 11 milyon manat azalan kredit həcmi 273 milyon manat təşkil edir. Bankın kreditlərin həcmi azalan depozitlərin həcminə uyğundur. Ötən il depozitlərin həcmi 260,8 milyon manat təşkil edirdisə, bu il 203 milyon manata qədər azalıb.
Bu kimi amillər bankın gələcəkdəki fəaliyyətini şübhə altına salır.
Şərhlər