Xəbər lenti

İdman 14:59 06.07.2023

Türk klubunun Avropada debüt oyununu azərbaycanlı idarə edəcək

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan növbəti təyinat alıb.

"Report"un əldə etdiyi məlumata görə, 32 yaşlı ədalət təmsilçisi Rumıniyada ÇFR və Türkiyənin "Adana Demirspor" komandaları arasında oynanılacaq Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununu idarə edəcək.

Qeyd edək ki, qarşılaşma iyulun 27-də keçiriləcək. Tərəflər arasındakı cavab görüşü avqustun 3-də olacaq.

Adana təmsilçisi tarixində ilk dəfə avrokuboklarda mübarizə aparacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->