phrase_var_qaynar. 17:19 06.10.2020

Türk PUA-larının şöhrəti artır: Ukrayna daha 48 “Bayraqdar” alacaq

Ukrayna Silahlı Qüvvələri "Baykar Müdafiə” şirkətindən daha 48 ədəd "Bayraqdar” TB2 Silahlı PUA (SİHA) satın almağı hədəfləyir.


Qaynarinfoxəbər verir ki, Ukraynanın dövlətə məxsus müdafiə ixrac agentliyi UkrSpetsExport vasitəsi ilə "Baykar Müdafiə”dən 6 "Bayraqdar” TB2 silahı satın alan Ukrayna Silahlı Qüvvələri bu yaxınlarda bu PUA-larla bir sıra təlimlər keçirib. Roketsan MAM-L sursatı ilə silahlanmış "Bayraqdar” TB2 silahlanmasını döyüş meydanında Rusiyanın əsas döyüş tanklarına (AMT) qarşı istifadə etməyi hədəfləyən Ukrayna Ordusu daha 48 "Bayraqdar” TB2 silahı əldə etməyi planlaşıdırır.

"Ukrayna Müdafiə Nazirliyinin Silahlı Qüvvələrdə istismara verməyi planlaşdırdığı 48 pilotsuz təyyarə satın almağı planlaşdırır. Bundan əlavə, Ukrayna bu PUA-ları yerli imkanlarla istehsal etməyi hədəfləyir. "Bu, ortaq bir istehsaldır, Ukrayna ərazisindəki genişmiqyaslı bir montajdır və bundan sonra hər kompleksin dəyəri 35% azalacaq", - - UkrSpetsExport rəhbəri Vadim Nozdrya deyib.


Ukrayna Baş Qərargah rəisi Ruslan Xomçak da "Bayraqdar”lardan müharibə vəziyyətində olduqları Rusiya Federasiyası Silahlı Qüvvələrinə aid tanklara qarşı istifadə edəcəklərini bildirib.


"Baykar Müdafiə” tərəfindən hazırlanan "Bayraqdar TB2” tipli PUA-lar uzun illərdir Türk Silahlı Qüvvələri tərəfindən fəal şəkildə istifadə olunur. "Roketsan” tərəfindən hazırlanmış MAM-L və MAM-C sursatları ilə təchiz olunmuş "Bayraqdar TB2” PUA-ları Suriya, Liviya və Dağlıq Qarabağdakı uğurları ilə ad çıxarıb. Müharibə meydanlarında özünü təsdiq etdirən (Combat Provid) döyüş sistemi kimi seçilən "Bayraqdar TB2” PUA-ları Qətər, Ukrayna və Azərbaycan Silahlı Qüvvələri tərəfindən fəal şəkildə istifadə olunur.

 

Alpər

 


 

Oxşar xəbərlər