Xəbər lenti

Türk Şurasının XİN başçıları görüşəcək
Siyasət 22:40 21.09.2021

Türk Şurasının XİN başçıları görüşəcək

Sentyabrın 27-də Türk Şurası üzv dövlətlərinin xarici işlər nazirlərinin iclası keçiriləcək.

Qaynarinfo xəbər verir ki, toplantı Türkiyənin İstanbul şəhərində baş tutacaq.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) 2009-cu ildə Türkdilli dövlətlər arasında hərtərəfli əməkdaşlığın təşviq edilməsi məqsədilə beynəlxalq hökumətlərarası təşkilat kimi yaradılıb.

Təşkilatın dörd qurucu üzv dövlətləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->