Foto 19:43 04.06.2018

Türkiyə-Azərbaycan hərbi təlimləri başa çatdı (FOTO)

Türkiyə-Azərbaycan genişmiqyaslı birgə taktiki təlimində iştirak edən Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti və zirehli texnikası Naxçıvandakı daimi dislokasiya məntəqəsinə qayıdıb.

Qaynarinfo Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, birgə taktiki təlimin son günü "Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib.

Tədbirdə Türkiyə Silahlı Qüvvələrinin 3-cü Ordusunun komandanı ordu generalı İsmail Serdar Savaşın və Azərbaycan Müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayevin rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak ediblər.