Xəbər lenti

“Türkiyə də etiraf etsin ki, Ermənistanı dəstəkləyir”
Siyasət 12:31 29.03.2013

“Türkiyə də etiraf etsin ki, Ermənistanı dəstəkləyir”

“Aviareysin açılmasına münasibətim mənfidir. 10 gün əvvəl Türkiyəyə səfər zamanı bir sıra görüşlər keçirdik. Orada məsələ qaldırdıq ki, bu addım yol verilməzdir. Bəhanə edirlər ki, guya özəl şirkətin təşəbbüsüdür. Belə bir şey ola bilməz”.

Bunu Qaynar.info-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Türkiyənin Van şəhəri ilə Ermənistan paytaxtı İrəvan arasında aviareysdən danışarkən deyib. A.Nağının sözlərinə görə, bu, dövlət siyasətidir, dövlət səviyyəsində buna icazə verilir: “Burada viza, təyyarlərin enməsi-qalxması var. Bunlar hamısı dövlət səviyyə həll olunan məsələlədir, özəl şirkətin işi deyil. Dövlət səviyyəsində ya buna şərait yaradılır, ya da göz yumulur.Bir məsələni diqqətinizə çatdırım, Amerikada prezidentlər səviyyəsində dəfələrlə sərəncam verilib ki, özəl şirkətlər belə Şimali Koreya və İranla heç bir əlaqə qura bilməzlər. İndi Türkiyə də etiraf etsin ki, Ermənistanı dəstəkləyir. Buna başqa cür bəraət qazandırmasınlar. Bununla Azərbaycan-Türkiyə münasibətlərinə ağır zərbə vururlar. Ona görə də Ermənistanın maraqlarına xidmət edirlər.

Hesab edirəm ki, Türkiyə hakimiyyəti yanlış bir mövqedədir. Bu, ermənilərin qarşısında erməniləri gücləndirəcək bir addımdır. Bilirsiz ki, Azərbaycanla Ermənistan arasında “Xocalı aeropot”u mübahisəsi gedir. Türkiyənin bu addımı Xocalı aeropotu ilə bağlı Azərbaycanın prinsipial mövqeyinə zərbədir. Reyslər açılarsa ermənilər Xocalı aeropotu ilə bağlı arqument qazanmış olacaqlar”.

QAT sədri qeyd edib ki, məsələyə dövlət səviyyəsində narazılıqlar bildirilib: “Xarici İşlər Nazirliyi, Prezident administrasiyası tərəfindən narazılıqlar bildirilib. Bundan artıq nə etmək olar? Hesab edirəm ki, rəsmi səviyyədə etiraz bildirilib. Cəmiyyət tərəfindən də narazılıqlar bildirilməlidir. Çox təəssüf, bunu görmürəm”.

Qeyd edək ki, Türkiyənin Borajet Hava Yolları Şirkətinin aprelin 4-ə planlaşdırdığı Van-Yerevan istiqamətində çarter reysləri təxirə salınıb.

İlkin
Qaynar.info


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->