Türkiyə "drone" ordusu yaradır.
Qaynarinfo xəbər verir ki, 30 döyüşçü "drone"dan ibarət ordu 2020-ci ildə fəaliyyətə başlayacaq.
"Drone"lar Suriya və Türkiyənin şərqindəki əməliyyatlarda iştirak edəcək.
Süni intellekt və üztanıma sisteminə sahib "drone"ların hər biri 70 kq çəkiyə, 15 km mənzilə sahibdir və 30 dəqiqə ərzində havada qala bilir.
"KARGU" adlı verilən döyüşçü "drone"ların hərbi gəmi və hərbi birliyi məhv edəcək gücü var.
Qeyd edək ki, Türkiyə daha əvvəl kamikadze "drone"larından istifadə etmişdi.
Gülşən
Şərhlər