Siyasət 12:00 21.11.2020

Türkiyə hərbçiləri tezliklə Azərbaycana yola düşəcək

Tezliklə türk hərbi personalı Azərbaycana göndəriləcək. Artıq quru qoşunları təlimlərini başa çatdırıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akarın açıqlamasına istinadən Anadolu agentliyi məlumat yayıb.

"Ən qısa müddətdə hərbçilər Azərbaycanda vəzifələrini yerinə yetirməyə başlayacaqlar. Quru qoşunlarımız təlimlərini başa çatdırdı”, - müdafiə naziri deyib.

O, xarici siyasətçilərin Azərbaycan ordusunun məhv edilməsi ilə bağlı açıqlamalarının böyük bir səhv olduğunu da qeyd edib.
 
Alpər