İdman 22:37 11.07.2019

Türkiyə millisində gözlənilməz istefa

Futbol üzrə Türkiyə millisində baş məşqçi Şenol Günəşin köməkçisi vəzifəsini icra edən Tayfur Havutçu tutduğu postdan istefa verib.

Qaynarinfo xəbər verir ki, bu barədə Havutçu NTV-yə açıqlamasında deyib. 

O, istefa qərarını belə izah edib: "Baş məşqçimiz Şenol Günəşə təşəkkür edirəm. Mənə olan güvənini ortaya qoydu və mənimlə davam etmək istədi. Ancaq mən, ailəvi problemlərdən irəli gələrək belə bir qərar aldım”.  (Azvision.az)