Xəbər lenti

Türkiyə millisinin keçmiş qapıçısı koronavirusa yoluxub
İdman 09:19 29.03.2020

Türkiyə millisinin keçmiş qapıçısı koronavirusa yoluxub

Türkiyənin futbol üzrə yığmasının və "Fənərbağça" klubunun keçmiş qapıçısı Rüştü Rəçbər koronavirusa yoluxub.

Qaynarinfo xəbər verir ki, bu barədə sabiq futbolçunun xanımı Işıl Rəçbər İnstagram səhifəsində bildirib.

O, 46 yaşlı keçmiş qapıçının koronavirus testinin nəticələrinin müsbət olduğunu bildirib.

"Sizlərə həqiqəti ən şəffaf şəkildə paylaşmaq istəyərkən daha gözəl xəbərlər vermək istərdim, fəqət üzülərək həyat yoldaşım Rüştünü COVID-19 diaqnozu ilə xəstəxanaya yatırırıq”, - deyə Işıl Rəçbər yazıb. 

O, bildirib ki, daha əvvəl hər şey qaydasında olub, lakin ailə virusun gizli əlamətləri ilə şoka düşüb. Qadının sözlərinə görə özünün, oğlunun və qızının koronavirus analizləri mənfi, həyat yoldaşının testi isə müsbət çıxıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->