Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) qırıcı təyyarələri Suriyaya mümkün hərbi müdaxilə fonunda tam döyüş hazırlığı vəziyyətinə gətirilib.
Bu barədə Türkiyənin “Sabah” qəzeti yazıb.
Nəşrin məlumatına görə, 20-yə yaxın F-16 tipli qırıcı təyyarə ölkənin müxtəlif bazalarından Suriya-Türkiyə sərhədi yaxınlığında yerləşən Diyarbəkirdəki HHQ bazasına uçublar. Bundan əlavə, qırıcılar müharibə ehtimalını nəzərə alaraq hər gün sərhəd boyu təlim keçirlər.
musavat.com
Şərhlər