Xəbər lenti

Türkiyə səfirdən sonra İsrail konsulunu da ölkədən qovdu
Dünya 11:20 16.05.2018

Türkiyə səfirdən sonra İsrail konsulunu da ölkədən qovdu

Türkiyə höküməti İsrail konsulu Yusif Levi Sfarinin ölkəni bir müddətlik tərk etməsini tələb edib.

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, dünən isə İsrailin Türkiyə səfiri Eytan Naeh xarici işlər nazirliyinə çağırılmış, ölkəni tərk etməsi istənilmiş, həmçinin Türkiyənin İsrail səfiri ölkəsinə geri çağırılmışdı.

Qərarlara səbəb, Qəzzada İsrail tərəfindən 62 fələstinlinin öldürülməsidir. Sərhəd ərazisinə toplaşan fələstinlilər Qüdsdə ABŞ səfirliyinin açılmasına etiraz edirdi.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->