Türkiyə səfiri Cıdır düzündə: 

Türkiyə səfiri Cıdır düzündə: "Azad Qarabağın havası ilə nəfəs aldıq" (FOTO)

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı işğaldan azad edilən Şuşa şəhərində olub.

Qaynarinfo-nun məlumatına görə, bu barədə səfir özünün tvitter səhifəsində paylaşım edib.

Səfir Şuşaya səfəri çərçivəsində Cıdır düzündə də olub.

"Cənab Prezidentimizin səfərindən öncə təhlillər üçün Şuşadayıq. Bu gün azad Qarabağın havası ilə nəfəs aldıq. Görərək və yaşayaraq deyirik ki, Şuşa Qarabağın ürəyi və Azərbaycanın tacıdır. Qarabağ Azərbaycandır!”, - səfir qeyd edib.
X
XƏBƏRLƏR
BLOGLAR