Türkiyə sülhməramlı qüvvələri Qarabağda yerləşdiriləcəkmi? - Politoloq

Türkiyə sülhməramlı qüvvələri Qarabağda yerləşdiriləcəkmi? - Politoloq

"Gördüyüm vəziyyət ondan ibarətdir ki, nə Türkiyənin hərbi bazası Azərbaycanda olacaq, nə də Türkiyənin sülhməramlı qüvvələri Qarabağda yerləşdiriləcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımlı deyib. Onun sözlərinə görə, türk sülhməramlılarının Qarabağda yerləşməsi üçün yenidən 4 ölkə arasında bir saziş bağlanmalıdır: 



"Bu mövzu çox müzakirə olunur. Məsələ bəllidir. Amma buna baxmayaraq, insanlar ümidlidir, türk sülhməramlılarını gözləyirlər. Ortada imzalanan bir sənəd var. Həmin sənəddə türk sülhməramlıları ilə bağlı bir bənd, bir söz belə yoxdur. Sadəcə, Türkiyə ilə Rusiya arasında imzalanan bir saziş var. Azərbaycanın ərazisində böyük ehtimalla Ağdam rayonu ərazisində ruslarla türklərin birgə monitorinq mərkəzi olacaq. İmzalanan sənədə görə, Qarabağda ancaq rus sülhməramlıları yerləşəcək. Qarabağda türk sülhməramlılıarı olmayacaq”. 

Politoloq hesab edir ki, türk sülhməramlılarının Qarabağda yerləşməsi üçün əlavə hansısa bir sənəd lazımdır:

"Yenidən Ermənistan, Türkiyə, Rusiya və Azərbaycan arasında hansısa bir sənəd imzalana və həmin sənədə uyğun olaraq da Türkiyənin sülhməramlıları orada iştirak edə bilər. Bu yoxdur. Əlavə olaraq Azərbaycanla Türkiyə arasında bir müqavilə ola bilər. Bu müqavilədə Türkiyə hərbi bazasının Azərbaycanda yerləşməsi ilə bağlı ikitərəfli saziş bağlana bilər”.

Lakin Azər Qasımlı belə bir sazişin bağlanacağını mümkünsüz hesab edir:

"Bunun iki səbəbi var. Birincisi, artıq saziş olmadı. Çünki bu olacaqdısa, Türkiyə Böyük Millət Məclisinə monitorinq mərkəzi ilə bağlı göndərilən qanun layihəsi deyil, tamam başqa qanun layihəsi olardı ki, Türkiyə hərbi basasının Azərbayanda yerləşdirilməsi. Bu uzun bir prosesdir. İkincisi də bütün bu baş verənlər müharibədən əvvəl böyük ehtmalla ssenariləşdirilmişdi”.

Bahar Rüstəmli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR