Türkiyə Silahlı Qüvvələri Komandanlığı Suriyanın şimal-qərbindəki müşahidə bölgəsinə qoşun və hərbi texnika yerləşdirməyə davam edir.
Qaynarinfo Anadolu Agentliyinə istinadla xəbər verir ki, ümumilikdə özüyeriyən artilleriya, tank və zirehli maşın daşıyan 150 yük maşınının daha bir karvanı Suriya ilə sərhəddə yerləşən Hatay vilayətinin Reyhanlı bölgəsinə daxil olub.
Əraziyə sursat maşınları da gətirilib. Konvoy Suriyanın şimal-qərbinə köçürülmək məqsədi ilə sərhədə doğru hərəkət edib.
Xatırladaq ki, son həftə İdlibdə 13 türk əsgəri öldürülüb. Bundan sonra Ankara Əsəd qüvvələrinə cavab zərbələri endirib.
Şərhlər