Türkiyə Silahlı Qüvvələri PKK-ya qarşı antiterror əməliyyatlarını davam etdirir. "Qaynarinfo" xəbər verir ki, ordu Hakkarinin Şemdinli çölündə terrorçuları bombardman edib.
Əməliyyatlar PAU-ların Balkayalar dağında bir qrup terrorçunu müəyyən etməsindən sonra başlayıb. Təşkil olunan hava hücumu nəticəsində 5 terrorçu öldürülüb.
Terrorçuları bombalayan F-16-ların atdığı raketlərin üzərində "İyi ki varsın Eren Bülbül" mesajı yazılıb.
Qeyd edək ki, iki gün öncə Trabzonda terrorçularla ordu qüvvələri arasında baş verən atışmada 15 yaşlı Eren Bülbül şəhid olub. O, əsgərlərə kömək edərkən terrorçuların hədəfinə çevirilib. Bundan sonra Erenin son sosial media paylaşımı yayılıb. 15 yaşlı oğlan "Biride çıkıp demiyorki Eren iyiki varsın".
Onu da qeyd edək ki, Türkiyə Futbol Federasiyası bu həftə Super Liqa və PTT 1-ci liqada bütün komandaların meydana üzərinə #iyikivarsınEren pankartı ilə çıxmasına qərar verib.
Qaynarinfo.Az
Şərhlər