Dünya 13:40 06.04.2020

Türkiyədə 60-ya yaxın göl qurudu

Türkiyədə son 3 ildə Van gölünün 3 qatı böyüklüyündə 60-a yaxın göl quruyub və qurudulub.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə Təbiətini Qoruma Dərnəyinin mütəxəssisi Erol Kəsici açıqlama verib. O, çox sayda gölün isə çirklilik və ciddi quruma təhlükəsi ilə qarşı-qarşıya olduğunu bildirib. Mütəxəssis təbiətə dəyən zərəri yanlış əkin siyasəti, səhlənkarlıq və həddən artıq istifadə ilə əlaqələndirib.

"Yol, yaşayış binaları, sənaye və b. infrastruktur müdaxilələri ilə, meşələrin məhvi, iqlim dəyişiklikləri və suların səviyyəsinin azalması ilə artan buxarlanma qurumalara yol açıb. Göllərin illik su büdcəsinin müxtəlif səbəblərdən qorunmaması son 50 ildə demək olar ki iflasına gətirib çıxarıb", - deyə Kəsici bildirib.