Dünya 10:41 24.11.2022

Türkiyədə azərbaycanlı dəstə saxlanıldı - 2 milyonluq dələduzluq

Türkiyənin Muğla və Mersin şəhərlərində dələduzluqda şübhəli bilinən 2 Azərbaycan vətəndaşı həbs edilib.

Qayanrinfo-nun məlumatına görə, Muğlanın Köyceğiz mahalı Pınar məhəlləsində yaşayan Alican Y. alış-veriş saytından mobil telefon almaq istəyərkən aldadılaraq, kart hesabından 9 min lirə pul oğurlandığı üçün polisə müraciət edib.

Polisin apardığı araşdırma zamanı Alicanın hesabından oğurlanan pulun eyni gündə və eyni saatda 4 fərqli hesaba köçürüldüyü təyin edilib.

Keçirilən əməliyyat zamanı G.B. və J.S. adlı azərbaycanlılar saxlanılıb. Onların cinayətkar dəstəsinə daxil olan H.U. və A.E adlı şəxslər də tutulub. İlkin araşdırma zamanı azərbaycanlı dəstənin Türkiyədə 44 nəfərin hesabından ümumilikdə 2 milyon lirədən artıq vəsait çəkdikləri aşkarlanıb. 

Azərbaycanlı dəstənin yaşadıqları ünvanda aparılan axtarış zamanı 10 bank kartı, 2 noutbuk, 6 cib telefonu, 9 sim kart və bank hesabında 238 min lirə ələ tapılıb.

Məhkəməyə aparılan şübhəlilərdən G.B. və J.S. həbs edilib, digərləri isə polis nəzarətinə verilmə şərti ilə sərbəst buraxılıb.

Əhməd