Türkiyədə biznes qurmaq istəyənlər üçün maraqlı faktlar

Türkiyədə biznes qurmaq istəyənlər üçün maraqlı faktlar

Türkiyə xüsusilə əcnəbi investorlar üçün uğurlu coğrafi mövqe sayəsində biznes qurmaq məqsədilə ən cəlbedici ölkələrdən biridir. Ölkədə truizm, kənd təsərrüfatı və ticarət xüsusilə inkişaf edib. Ən diqqətçəkən bölgələr isə əlbəttə ki, turistlər arasında son dərəcə populyar olan Egey dənizinin, eləcə də Aralıq dənizin sahilləridir. 

Son zamanlar Azərbaycanda postsovet məkanı dövlətlərinin ərazilərində istirahət etmək və ya sərmayə yatırmaq istəyənlərin sayı getdikcə azalır. Əvəzində isə inkişaf etmiş, qonşuluq mövqeyinə malik ölkələrə diqqət artır. Son zamanlar ölkədə inflyasiyanın artması vətəndaşlar üçün olmasa da, burada iş qurmaq istəyən xarici investorların işinə müsbət təsir göstərə bilər. Qeyd edək ki, hazırda 1 AZN 3,34 TL-dir. 

Türkiyənin populyarlığının artması rəqəmlərdə daha aydın görünür: hələ 2002-ci ildə ölkəni 13 milyon nəfər ziyarət edib. 9 ildən sonra bu göstərici 31,5 milyon nəfərə çatıb. Bu il isə rəqəmlər 40 milyona çatmaq üzrədir. Sadə hesabla bu nəticəyə gəlmək olar ki, turist axını 3.5 dəfəyə qədər artıb.

Türkiyə biznesin təşkilinin cəlbediciliyi üzrə ölkələr siyahısında aparıcı mövqeləri tutur. İxracatın və ÜDM artımı kimi müsbət göstəricilərə görə ölkə daima ön sıralardadır. Türkiyə 19 ölkə ilə sərbəst ticarət haqqında razılaşma imzalayıb, onların arasında çoxlu sayda inkişaf edən ölkələr var. Bundan başqa, yaxın gələcəkdə ölkə Avropa Birliyinə qoşula bilər, buna görə də onun göstəriciləri bu təşkilata uyğun olmalıdır.

Dövlət orqanlarının xarici kapitala qarşı loyallığı bəlkə də uğurun başlıca təminatıdır. Çünki xarici kapitala malik şirkətlər də türk şirkətləri ilə eyni qanunlara və öhdəliklərə tabedir: ƏDV əksər hallar 18% göstəricisində sabit qalır. Bəzi məhsul qruplarına 1-8% vergi qoyula bilər.

Türkiyədən başqa, Asiyaya və Avropaya yol açan, sıfırdan biznes qura biləcəyiniz, mülayim hava şəraiti olan başqa ölkə tapmaq çətin olacaq.
 
Nərmin Həsənli

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR