Türkiyədə gənc qız kişinin cibindən düşən 15 mini götürüb aradan çıxdı (VİDEO)

Türkiyədə gənc qız kişinin cibindən düşən 15 mini götürüb aradan çıxdı (VİDEO)

Türkiyədə Məhmət adlı şəxs ustadan çıxandan sonra cibində 15 min türk lirəsini yerə salıb.

Qaynarinfo Metbuat.az-a istinadən xəbər verir ki, bundan xəbərsiz olan türkiyəli yoluna davam edib.
 
Bir neçə saniyə sonra ərazidən keçən qadın isə pulu taparaq cibinə qoyub. O əvvəlcə özünü elə aparıb ki, guya pulu qaytarmaq niyyətindədir. Qadın əvvəlcə qarşısında pul tapdığı dükana daxil olmaq istəyib. Lakin sonra ərazidən uzaqlaşıb. Görüntülərdə hadisənin üstü açılsa da, qadın hələki üzə çıxmayıb. Məhmət polisə şikayət edib.
XƏBƏRLƏR
BLOGLAR
X