Foto 12:16 20.09.2021

Türkiyədə gizli raket bazası turizmə açılır: Harada olduğunu az adam bilir (FOTO)

NATO-nun Trabzondakı keçmiş bazası üçün xüsusi bir layihə hazırlanıb.

Qaynarinfo xəbər verir ki, bu günə qədər varlığından çox az adamın xəbərdar olduğu və 2010-cu ildə NATO-nun bu tamamilə tərk edilmiş raket və sursat bazası turizmə açılır.

Amerikalı əsgərlərin Trabzonun Boztəpə şəhərində istifadə etdiyi NATO bazası ilə birlikdə 1980-ci illərdə Maçka mahalının Ortaköy məhəlləsində Rusiya təhlükəsinə qarşı inşa edildiyi bildirilən NATO bazası turizm mərkəzinə çevriləcək.

Hərbi yataqxanaların, futbol meydançasının, məşq sahələrinin və 8 səs izolyasiyalı anqarın yerləşdiyi köhnə NATO bazası üçün hazırlanan xüsusi layihə bir investor tərəfindən maliyyələşdiriləcək.

Xəyal Abdullayev