NATO-nun Trabzondakı keçmiş bazası üçün xüsusi bir layihə hazırlanıb.
Qaynarinfo xəbər verir ki, bu günə qədər varlığından çox az adamın xəbərdar olduğu və 2010-cu ildə NATO-nun bu tamamilə tərk edilmiş raket və sursat bazası turizmə açılır.
Amerikalı əsgərlərin Trabzonun Boztəpə şəhərində istifadə etdiyi NATO bazası ilə birlikdə 1980-ci illərdə Maçka mahalının Ortaköy məhəlləsində Rusiya təhlükəsinə qarşı inşa edildiyi bildirilən NATO bazası turizm mərkəzinə çevriləcək.
Hərbi yataqxanaların, futbol meydançasının, məşq sahələrinin və 8 səs izolyasiyalı anqarın yerləşdiyi köhnə NATO bazası üçün hazırlanan xüsusi layihə bir investor tərəfindən maliyyələşdiriləcək.
Xəyal Abdullayev
Şərhlər