Türkiyənin Samsun şəhərinin Tekkeköy rayonunda qaçaqmalçılıq yolu ilə keçirilmiş 23800 paket siqaret və 400 paket tütün ələ keçirilib.
Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, qaçaqmalçılıq yolu ilə keçirilən külli miqdarda tütün məmulatları Tekkeköy qaçaqmalçılıq və mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsinin əməkdaşları tərəfindən İğdırdan İstanbula gedən mikroavtobusda aşkarlanıb.
Hadisə ilə əlaqədar iki azərbaycanlı - Sənan S. və Zaur S. saxlanılıb. Zaur S. sərbəst buraxılıb, lakin Sənan S. həbs edilib.
Şərhlər